Ötən il Ermənistanda qeydə alınan cinayətlər 14,3 % artıb.

Bu barədə məlumatları Ermənistan Polisi rəhbərinin birinci müavini Aram Hovannisyan təqdim edib.

Polisin əməliyyat fəaliyyəti ilə bağlı hesabatına əsasən, ölkədə qeydə alınan cinayətlərin ümumi sayı 14,3 % və ya 3 777 fakt (2021-ci ildə 30 245, 2020-ci ildə 26 468 fakt) artıb. Bu, əsasən, oğurluq hallarının sayının – 1 695, yol hərəkəti qaydalarının pozulmasının – 188, dələduzluq hallarının 127, o cümlədən latent hesab edilən narkotiklərlə əlaqəli cinayətlərin – 318 faktın artması ilə əlaqədardır.

Məlumata görə, qeydə alınmış 30,2 minə yaxın cinayətin müvafiq olaraq 57,7 faizi və 26,4 faizi ağır olmayan və orta dərəcəli cinayətlərin payına düşür.

İstinadlar Report