Ermənistan ordusunun hərbçisi, 1978-ci il təvəllüdlü çavuş Mkrtiç Ovakimyanın ölümü ilə bağlı onun əsgər yoldaşı saxlanılıb.

Bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Qeyd edək ki, hadisə sentyabrın 13-də, saat 22 radələrində ölkənin cənub-şərqindəki hərbi hissədə baş verib. M.Ovakimyan odlu silahdan açılan atəş nəticəsində ağır yaralanıb. O, sonradan vəfat edib.

Hadisə təlim zamanı baş verib və daha bir hərbçi – İrəvan sakini, 36 yaşlı Leon S. yaralanıb.

Onların əsgər yoldaşı bir hərbçinin ölümcül yaralanması və başqasının xəsarət alması faktı üzrə saxlanılıb. Ermənistan Cinayət Məcəlləsinin 365-ci maddəsinin 3-cü hissəsi ilə (döyüş növbəsi və ya döyüş xidmətinin icrası qaydaların pozulması) üzrə cinayət işi qaldırılıb. İbtidai istintaq davam edir.

İstinadlar Report