Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində məzuniyyətdə olan əsgərin valideynləri və qohumları onun geri qayıtmasına mane olmağa çalışıblar.

Məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, hərbi hissədə iğtişaş baş verib. Bir qrup əsgər hərbi hissənin xaricində toplanan valideynlərinin razılığı ilə daimi dislokasiya yerinə getməkdən imtina edibər. Bir neçə əsgər yaranmış şəraitdən istifadə edərək hərbi hissənin ərazisini özbaşına tərk edib. Hazırda onların aşkarlanıb tapılması istiqamətində uyğun işlər görülür.

İstinadlar Report