Ermənistanda son sutka ərzində daha 2241 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 82 min 651 nəfərə çatıb.

Daha 21 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 1243-ə çatıb.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.