Ermənistanda daha 1 600 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 80 410-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı rekord sayda – 26 nəfər artaraq 1 222-yə çatıb. İndiyədək 51 814 nəfər infeksiyadan sağalıb.

İstinadlar Report