
Ermənistanda beş böyük su anbarı demək olar ki, tam doludur, lakin bəndin dağılması təhlükəsi yoxdur.
Bu barədə Ermənistan Ekologiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Kütləvi informasiya vasitələrində iri su anbarlarının bəndlərinin dağılma təhlükəsi barədə xəbərlər yayılsa da, nazirlik bu məlumatı təkzib edib.
“O cümlədən, Axuryan su anbarı 80%, Arpaliç 88%, Aparan 52%, Azat 90%, Marmarik su anbarı 97% doludur”, – deyə nazirlik qeyd edib.