Ermənistanda kənd təsərrüfatı şirkətinin direktoru Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan sərmayədarın 515 milyon dram (1,07 milyon dollar) məbləğində pulunu mənimsəyib.

Məlumatı Ermənistan Polisinin (Daxili İşlər Nazirliyi) saytı yayıb.

Bildirilib ki, BƏƏ təbəəsi 2016-cı ildə Ermənistanın kənd təsərrüfatına, o cümlədən torpaq sahələrinin satın alınmasına 7 milyon dollar sərmayə qoyub. Adı açıqlanmayan həmin iş adamı işləri Ermənistandakı tanışına həvalə edib. Həmin erməni isə saxta mühasibat sənədləri ilə BƏƏ təbəəsinin 1,07 milyon dollarını ələ keçirib.

İstinadlar Report