Ermənistanda “Meymandar” kənd təsərrüfatı mallarının topdan satışı bazarının bağlanmasına etraz olaraq aksiya keçirilir.

Əraziyə polis qüvvələri cəlb olunub.

Bazarı boşaltmaq üçün tacirlərə 24 saat vaxt verilib.

Tacirlər bazardakı maşınların hər birində milyonlarla dramlıq məhsul olduğunu bildirirlər.

Polis antisanitariyanın hökm sürüdüyünü əsas gətirərək bazarı bağlamaq istəyir.

Tacirlər ərazinin gündə bir neçə dəfə dezinfeksiya olunduğunu bildiriblər: “Bu səbəbdən də bazar bağlanmayacaq, vəssalam”.

İstinadlar Report