“Rusiya Ermənistandakı vəziyyəti narahatlıqla izləyir və onun tezliklə sabitləşməsində maraqlıdır”.

Bunu “RİA Novosti”yə müsahibəsində Rusiyanın Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

“Əlbəttə, biz narahatlıqla bunu izləyirik. Biz Ermənistanda vəziyyətin mümkün olduqca tez bir zamanda sabitləşməsində maraqlıyıq. Bu, sözsüz ki, regionda sabitlik üçün də vacibdir”, – deyə Matviyenko bildirib.

Spikerin sözlərinə görə, Ermənistan hazırkı vəziyyətlə bağlı Rusiyaya kömək üçün müraciət etməyib.

“Ermənistanda baş verənlər bu ölkənin daxili işidir. Ermənistan rəhbərliyindən hər hansı kömək üçün Rusiyaya müraciət olmayıb. Rusiya heç vaxt suveren dövlətlərin işlərinə qarışmır. Bu, bizim qaydamız deyil”, – deyə Matviyenko sözlərinə əlavə edib.

İstinadlar Qafqazinfo