
Ermənistanda azyaşlı uşaqda HİV virusu aşkarlanıb.
Bununla bağlı cinayət işi açılıb. Bu haqda Səhiyyə Nazirliyinin saytında yazılıb. Təkrar analizlərdən sonra azyaşlının QİÇS-ə yoluxduğu təsdiqlənib. Hazırda xəstəliyin müalicəsinə başlanılıb və uşaqda irəliləyiş olduğu deyilir.
İstintaq zamanı uşağın QİÇS-ə necə yoluxması araşdırılacaq və infeksiya ötürücü mənbənin tapılmasına çalışacaqlar.