Ermənistanda avtomobil idxalatçıları hökumət binasının qarşısında etiraz aksiyası keçirib.

Onlar Gümrüdə yeni avtomobil gömrük məntəqəsinin tikintisinə etiraz ediblər.

“Gümrüdə yeni avtomobil gömrük məntəqəsi tikilir. Bu, o deməkdir ki, Yerevan və başqa şəhərlərdən adamlar gömrük rəsmiləşdirilməsi aparmaq üçün Gümrüyə gəlməlidir . Bu, sadəcə olaraq mümkünsüzdür. Mən baş nazirə sual vermək istəyirəm. Hər gün gömrükdə minlərlə maşın sənədləşdirilir. Siz yollarda neçə qəzanın olacağını təsəvvür edirsizmi? Bundan başqa, təkərlər dəyişdirilməli və 2-3 gün Gümrüdə qalmaq lazımdır”, – deyə Avtomobil sürücülərini müdafiə liqasının sədri Tiqran Ovannisyan bildirib.

Onun sözlərinə görə, bu məntəqə fəaliyyətə başlasa 3 aydan sonra avtomobil idxalatçıları işsiz qalacaq.

İstinadlar Report