
Ermənistan parlamentinin Avropaya inteqrasiya üzrə komissiyası yanvarın 24-də qərbyönmülü qüvvələrin təklif etdiyi “Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında” qanun layihəsini nəzərdən keçirəcək.
Bu barədə ölkə parlamentindən bildirilib.
Layihə müvafiq komissiya tərəfindən təsdiqlənəcəyi halda qanunverici orqanın plenar iclasında müzakirəyə çıxarılacaq.