Ermənistanın paytaxtı Yerevanda oktyabrın 15-dən 16-na keçən gecə açılan atəş nəticəsində 38 yaşlı polis əməkdaşı Tiqran Arakelyan ölüb.

Məlumatı Ermənistan Polisinin (Daxili İşlər Nazirliyi) Mətbuat xidməti yayıb.

Yerevanın Arabkir rayonunun Dövlət Mühafizə İdarəsinin əməkdaşı gecə növbəsi zamanı “Pobeda” parkında iki şübhəli kişini görüb. Onlar Polis Patrul Xidməti avtomobilini görən kimi qaçıblar. Polis əməkdaşları onları tutmaq istəyərkən qarşı tərəf müqavimət göstərib. Polis əməkdaşının tabel silahını əlindən alaraq atəş açıb. Atəş nəticəsində yaralanan Tiqran Arakelyian hadisə yerində ölüb.

Həmin şəxslər hadisə yerindən qaçıblar.

Faktla bağlı araşdırma aparılır.

İstinadlar Report