Sentyabrın 16-da Ermənistanda ölkənin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı imzaların toplanmasına başlanılıb.

Komissiya sentyabrın 11-də “Ermənistan Respublikasının Avropa İttifaqına qoşulma prosesinin başlanması haqqında” qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılması üçün təşəbbüs qrupunun yaradılması təklifi ilə razılaşıb.

“Respublika” Partiyası Siyasi Şurasının üzvü, 2018-2019-cu illərdə Ermənistanın ədliyyə naziri vəzifəsində çalışmış Artak Zeynalyan təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi təyin edilib.

İstinadlar Report