Ermənistanın Qeqarkunik vilayətində üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, 69 yaşlı kişinin idarə etdiyi “Mitsubishi Canter” qarşı zolağa çıxıb və körpünün dəmir hasarını yararaq Razdan çayına düşüb. Nəticədə yük avtomobilinin sürücüsü, onun həyat yoldaşı və 8 yaşlı qız nəvələri həlak olub.

Avtomobil sürücünün işlədiyi şirkətə məxsus olub.

İstinadlar Report