Ermənistanın Gümrü rayonunda Dövlət Gəlirləri Komitəsində (vergi xidməti) bomba ilə bağlı saxta həyəcan siqnalı verilməsi faktı ilə bağlı cinayət işi açılıb.

Bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlum olub ki, naməlum şəxs dünən və avqustun 15-də müxtəlif saatlarda polisə zəng edərək özünü Gevorq Sarkisyan kimi təqdim edib. O, parlamenti, Dövlət Gəlirləri Komitəsinin Gümrüdəki şöbəsini və digər inzibati binaları partlatmaq niyyətində olduğunu bildirib. Onun məlumatları yoxlanılıb, lakin təsdiqlənməyib.

Polis həmin şəxsi yaxalaya bilib. Onun Gümrünün 62 yaşlı sakini olduğu məlum olub. Cinayətkar saxlanılıb.

İstinadlar Report