
“Ermənistanla Rusiya arasında münasibətlər ən yüksək səviyyədə deyil”.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Arab News” telekanalına müsahibəsində bildirib.
“Ədalətli olmaq üçün demək lazımdır ki, Ermənistanla Rusiya arasında münasibətlər, mən deyərdim ki, ən yüksək səviyyədə deyil. Əlbəttə, çətinliklər var və biz onları gizlədə bilmirik və istəmirik”, – Mirzoyan qeyd edib.