Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin xarici işlər və müdafiə nazirləri, təhlükəsizlik şurası katibləri şurasının Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək iclasında iştirak etməyəcək.

Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan “Aysor”a bildirib.

“O, sentyabrın 16-da Düşənbəyə səfər edəcək. KTMT-nin işində iştirak edəcək və bir sıra görüşlər keçirəcək”, – o qeyd edib.

Məlumata görə, Ararat Mirzoyanın səfərinin təxirə salınmasına səbəb kimi təyyarənin nasaz olması göstərilir.

İstinadlar Report