
Ermənistan vətəndaşlarının təxminən 60 %-i hesab edir ki, ölkə konstitusiyası dəyişdirilməməlidir, sorğuda iştirak edənlərin 18,4 %-i əsas qanunun bəzi müddəalarının dəyişdirilməsinin tərəfdarı olub.
Bu, “MPG/Gallup International Аssociation” tərəfindən 27 fevral – 6 mart tarixlərində keçirilmiş sorğunun nəticələrində öz əksini tapıb.
Sorğuda 1 100 respondent iştirak edib.