Ermənistan və Fransa ikincilərin istehsalı olan CAESAR özüyeriyən haubitsalarının tədarükünə dair müqavilə imzalayıb.

Bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu “X” sosial şəbəkəsində yazıb.

“Biz Ermənistanla müdafiə sahəsində əlaqələrimizi gücləndirməkdə davam edirik. Həmkarım Suren Papikyanla CAESAR haubitsalarının tədarükünə dair məhsuldar söhbətimiz oldu. CAESAR haubitsalarının tədarükü yeni mühüm mərhələdir”, – paylaşımda deyilir.

İstinadlar Report