“Ermənistan Azərbaycanla münasibətlərinin normallaşmasına və sülh prosesinin davam etdirilməsinə sadiqdir”.

Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ağ Evdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşündə deyib.

“Biz regional təhlükəsizlik sahəsində vəziyyəti müzakirə etdik, mən Ermənistanın İrəvan-Bakı münasibətlərinin normallaşmasına və sülh prosesinin davam etdirilməsinə sadiqliyini təsdiqlədim”, – A.Qriqoryan bildirib.

İstinadlar Report