Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus radiolokasiya stansiyası məhv edilib – VİDEO

Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus radiolokasiya stansiyası məhv edilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Sentyabrın 19-u Xocavənd rayonu istiqamətində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus P-18 radiolokasiya stansiyası (RLS) bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.
Baku TV: “Hər iki xalq sülh və harmoniya şəraitində birgə yaşaya bilər” – VİDEO

Otuz ildən çoxdur Azərbaycan və erməni xalqları başqalarının geosiyasi oyunlarının və manipulyasiyalarının girovuna çevrilib.
Bu barədə “Baku TV”nin erməni dilində hazırladığı süjetdə bildirilib.
Qeyd olunub ki, müharibənin ağır travmalarına baxmayaraq, hər iki xalq sülh və harmoniya şəraitində birgə yaşaya bilər. Bakının tam mərkəzində erməni kilsəsinin olduğu, ağır müharibələrə baxmayaraq, etnik ermənilərin Azərbaycanda yaşadıqları bildirilib. Xüsusi vurğulanıb ki, “bizim Qarabağı birlikdə yenidən qurmaq, onu firavan, iqtisadi cəhətdən inkişaf etmiş rayona çevirmək, ən əsası övladlarımızın, nəvələrimizin xoşbəxt gələcəyini təmin etmək üçün tarixi şansımız var”.
Eyni zamanda Qarabağda həyatın, infrastrukturun bərpasından da bəhs edilib. Separatçıların müxtəlif bəhanələrlə Laçın və Ağdam yolunun Qarabağ ermənilərinin üzünə açılmasına imkan verilməməsi və bununla da sadə insanların vəziyyətinin pisləşməsinə səbəb olan vəziyyətin yaranmasında da məhz bu insanların günahkar olduğu vurğulanıb.
Müdafiə Nazirliyi video yaydı

Xocalı rayonu və Qırmızı Bazar istiqamətində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin döyüş mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri bölmələrimizin sərrast atəşi nəticəsində məhv edilir.
Bu Müdafiə Nazirliyindən (MN) bildirilib.
Emil Rəhmanov dünyasını dəyişdi – VİDEO

Əməkdar artist Rəhman Rəhmanın müğənni oğlu Emil Rəhmanov dünyasını dəyişib.
Bu barədə jurnalist Turan Etibaroğlu feysbukda bildirib.
E. Rəhmanov bu gün səhər saatlarında vəfat edib.
Allah rəhmət eləsin!
Xatırladaq ki, R. Rəhmanın daha bir oğlu 2004-cü ildə 27 yaşında faciəvi şəkildə vəfat edib.
Fidan onu şantaj edirmiş – İş adamı danışdı – VİDEO

“TikTok” sosial şəbəkəsində özünü Fidan kimi təqdim edən Çinarə Quliyevanın iş adamı İlham Qədimbəyliyə qarşı səsləndirdiyi iddialar əsassızdır.
Bu barədə İ. Qədimbəyli mətbuata açıqlamasında bildirib.
O qeyd edib ki, qarşı tərəf şantaja əl ataraq ondan pul almaq niyyətindədir. Bu səbəbdən də Fidan müxtəlif yollarla iş insanının şərəf və ləyaqətinə toxunacaq addımlar atır.
İlham Qədimbəyli xanımla bağlı üç ay əvvəl polisə müraciət etdiyini də bildirib: “Xanım “TikTok”da canlı yayım açarkən ona hədiyyələr atmışam. Arada münasibətimiz yaranıb. O mənim kimliyimi və iş adamı olduğumu bildikdən sonra şantaj etməyə başladı. Məndən muxtəlif vaxtlarda pul istədi. Bir dəfə ona 200 manat göndərəndə, o, “bu nə puldur göndərmisən? Mən sənin üçün dilənçi deyiləm”, – deyə cavab verdi. Sonra yenə müxtəlif vaxtlarda mənə yazmağa başladı. Əsl adının Çinarə Quliyeva olduğunu bildim. O məndən davamlı ona hədiyyə atmağı və ya pul göndərməyi tələb etdi. Onunla razılaşmadıqda isə məni canlı yayında təhqir edəcəyi ilə hədələyirdi. Bu gün də görürsüz ki, canlı yayımlar açaraq məni və yaxınlarmı təhqir edir. Təxminən 3 ay bundan əvvəl rəsmi şəkildə polisə şikayət ərizəsi vermişəm. Hazırda həmin şikayətlə bağlı araşdırma davam edir. Yayılan video ilə bağlı isə xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməyə hazırlaşıram. Vəkilimə bununla bağlı lazımi tapşırıqlar vermişəm”.
Xilasedicilər Astarada 38 nəfəri təxliyə etdi – Video

İntensiv yağan yağışlar nəticəsində Astara və Lənkəran rayonlarının subasmaya məruz qalmış ərazilərində Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib.
FHN-dən verilən məlumata görə, Astara rayonunun Ərçivan qəsəbəsi və Maşxan kəndində fərdi yaşayış evlərində köməksiz vəziyyətdə qalan ümumilikdə 38 vətəndaş xilasedicilər tərəfindən təxliyə olunub.
Su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirləri həyata keçirilib.
Hazırda Astara rayonu, Ərçivan qəsəbəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrindən suyun çəkilərək kənarlaşdırılması işləri davam etdirilir.
Bundan əlavə, Lənkəran rayonunda təhlükəsizliyin təmin edilməsi məqsədilə Nazirliyin əməkdaşları ərazidə xidmət aparır.
“Azərişıq” Xaçmazın daha yeddi kəndində yenidənqurma işlərini yekunlaşdırdı – Video

“Azərişıq” ASC tərəfindən həyata keçirilən yenidənqurma layihəsi çərçivəsində bütün regionlarda olduğu kimi Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin ərazisinə daxil olan kəndlərdə də genişmiqyaslı işlər davam etdirilir.Xaçmaz rayonunda artıq 7 kənddə – Yürgüc, Əhmədoba, Hacıəhmədoba, Sərkərli, Üçgün, Padar və Armudpadar kəndlərində işlər yekunlaşıb.
Uzunoba, Xanoba və Şıxlı kəndlərində isə işlər davam etdirilir.
İşlərin yekunlaşdığı kəndlərdən biri də Xaçmazın 600-ə yaxın abonenti olan Yergücdür. Yenidənqurma işləri çərçivəsində 7 KTM, 150-ə yaxın 10 kv dayaq və 15 km-dən artıq 10 kv-luq kabel xətti həmçinin 900-ə yaxın 0.4 kv dayaq, 20 km uzunluğunda 0.4 kv-luq sip kabel xətti çəkilib. Köhnə elektrik şəbəkəsinin kənd sakinləri üçün yaratdığı problemlər geridə qalıb.
Hacıəhmədoba kəndində də yenidənqurma işləri başa çatıb. Abonentləri fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün yeni KTM-lər quraşdırılıb, köhnə dayaqlar yenisi ilə əvəzlənib, eyni zamanda kabel xətləri də müasirləri ilə əvəz olunub.
Digər kəndlərdə də yenidənqurma işləri yekunlaşdıqdan sonra Xaçmaz rayonunda ümumilikdə 15 minə yaxın sakin keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz olunacaq.
Ərdoğanla Mask arasında maraqlı dialoq – Video

Xəbər verdiyimiz kimi, Nyu-Yorkda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı milyarder İlon Maskla görüşüb. Mask görüşə oğlu X ilə gəlib.
Görüş zamanı Ərdoğanla Mask arasında maraqlı dialoq yaşanıb.
Belə ki, Ərdoğan milyarderə “Həyat yoldaşın haradadır?” deyə sual ünvanlayıb.
Mask isə cavabında “O hazırda San Fransiskodadır. Biz ayrılmışıq və buna görə də oğluma mən baxıram” deyib.
Dialoqun görüntüləri sosial mediada maraqla qarşılanıb.
Xatırladaq ki, 3 yaşlı X İlon Mask və kanadalı müğənni Qraymsın övladıdır. Cütlük 2018-ci ildə münasibətə başlayıb və 2 ildən sonra X dünyaya gəlib. Mask və Qrayms 2021-ci ildə ayrıldıqlarını elan ediblər.
Azərbaycanda bu ərazilərə qar yağdı – Video

Senytabrın 18-i saat 09:00-a olan məlumata əsasən ölkə ərazisində arabir leysan xarakterli yağış yağıb, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.
Bu Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, Şahdağda, Zaqatala rayonunun dağlıq ərazilərində qar yağıb.
Düşən yağıntının miqdarı: Astarada 121 (aylıq normanın 61%-i) , Balakəndə 111 (aylıq normanın 131%-i), Zaqatalada (aylıq normanın 112%-i) 95, Qaxda (aylıq normanın 38%-i) 45, Yardımlıda 20, Qusarda 19, Xaltanda 16, Xınalıqda 14, Qubada 12, Şahdağda 11, Ağdamda 10, Lənkəran, Xaltan, Şəki , Xaçmaz, Qobustan, Neftçala, Göyçay, Cəfərxan, Qəbələ, Oğuz, Tərtər, Biləsuvar, Şirvan, Sabirabad, İmişli, Zərdab, Yevlax, Mingəçevir, Şabran, Daşkəsən, Gəncədə 9, Bakı və Maştağada 5, Sumqayıtda 4, Binə və Pirallahıda 2 mm-dək olub.
Rəsmi məlumata görə, sentyabrın 17-i saat 23:00 radələrində Zaqatala rayonuna diametri 8-10 mm olan dolu düşüb.
Hazırda Zaqatala rayonu ərazisindən keçən Talaçaydan, Şəki rayonu ərazisindən keçən Şinçaydan sel keçir.
Qrız, Qusar, Şahdağ və Lerikdə duman müşahidə olunub.
Şimal-qərb küləyi əsib, arabir Zaqatala və Balakəndə 25, Neftçalada arabir 20, Naftalanda arabir 18, Bakıda və Abşeron yarımadasında arabir 25-27 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.6 metrə çatıb.
Kürdəmirdə dərzi sexində yanğın – Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kürdəmir şəhəri, Bakı prospektində yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus dərzi sexində baş verdiyi və genişlənərək bitişik digər tikililərə, o cümlədən tikinti materiallarının satışı mağazalarına keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində yanğın baş verən ümumi sahəsi 16m2 olan taxta konstruksiyalardan ibarət dərzi sexi, eləcə də ona bitişik ümumi sahəsi 50m2 olan digər dərzi sexinin lambirdən ibarət tavanı 15m2 sahədə və plastik qapısı yanıb.
Sexin qalan hissəsi və bitişik tikinti materiallarının satışı mağazaları yanğından mühafizə olunub.
“Qadınla qələbə hardasa əkizdi…” – VİDEO

Azərbaycanın istedadlı şairi Qulu Ağsəs yeni yazdığı şeirini “Qafqazinfo”ya təqdim edib.
Həmin şeiri oxucuların ixtiyarına veririk:
Bu beşgünlük dünyada
ürəyimdən şənbə seyrinə çıxmaq keçdi,
arzu dediyin
can evində ən şuluq kirəkeşdi;
Bütün yanıq ciyərlərin
qərarı qətidi:
ən gözəl xətt –
su xəttidi;
Bəlkə də xırda detaldı:
viran evləri işğaldan
uçuq daxmalar qutardı;
Qadınla qələbə hardasa əkizdi:
yoxsa heç biri belə şəstlə
sinəsin qabağa verməzdi;
…İlk sevgi şeirim
mənə dostluq yollayıb instaqramda
(şəklin də çəkmişəm, telefonda durur),
görün nə yazır:
“ikini ikiyə vurarlar,
amma bir bir(in)ə
özü vurulur… “
Azərbaycanın hərbi aviasiya vasitələri çətin pilotaj və döyüş manevrləri edib

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) pilotlarının peşəkarlığının daha da artırılması, uçuş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim-məşq uçuşları davam edir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Plana uyğun olaraq heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra müəyyən edilmiş marşrutlar üzrə gündüz vaxtı və gecə məhdudgörmə şəraitində havaya qalxma, yerə enmə, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunub.
Təlim-məşq uçuşları zamanı qarşıya qoyulan bütün tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib.
“Azərişıq” Saray və Yaşmada köhnə, yararsız elektrik şəbəkələrini yeniləyir – VİDEO

“Azərişıq” ASC ölkənin bütün regionlarında köhnə, yararsız elektrik şəbəkələrini yeniləyir.
Yenidənqurma işləri Saray qəsəbəsi və Yeni Yaşmada da davam edir.
Saray qəsəbəsində yerləşən Köhnə kənd yaşayış massivində yeni evlərin tikilməsi və əhalinin sürətli artımı bu ərazidə abonentlərin fasiləsiz elektrik enerjisi ilə təminatını çətinləşdirirdi. “Azərişıq” problemin aradan qaldırılması yönündə yenidənqurma işləri aparır.
“Azərişıq” Yeni Yaşmada müəllimlər üçün ayrılan “Maarif” bağları adlanan ərazidə də abonentləri fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün işlərini davam etdirir. Ərazidə bütün elektrik şəbəkəsi yenilənir, köhnə dayaqlar və elektrik xətləri yenisi ilə əvəz olunur. Abonentlər üçün yeni smart sayğaclar quraşdırılır.
Həm Saray qəsəbəsində Köhnə kənd adlanan ərazidə, həm də Yaşmada yenidənqurma işlərinin tezliklə yekunlaşması nəzərdə tutulub.
Prezidentlər Eyyub Yaqubovun mahnısını dinlədilər – Video

Xəbər verdiyimiz kimi, bu gün Tacikistanın paytaxtı Düşənbə şəhərində “Dostluq Axşamı” konsert proqramı keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev və Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edən prezidentlər konsertə baxıblar.
Konsertdə musiqisi Vüqar Mirzəyevə, sözləri Orxan Mürvətliyə aid “Əzizim” mahnısı da ifa edilib.
Qeyd edək ki, sözügedən mahnı Xalq artisti Eyyub Yaqubovun ifasında daha çox məşhurlaşıb.
Həmin anın görüntülərini təqdim edirik:
Edited by: Kazım Sübhan
Faktiki hava açıqlandı – Video

Milli Hidrometeorologiya Xidmətinin senytabrın 14-ü saat 18:00-a olan məlumatına əsasən Çilov adası, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlıda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Xidmətdən verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 23 dərəcəyədək, Naxçıvan MR-da 27 dərəcəyədək, Aran rayonlarında 27 dərəcəyədək, dağlıq rayonlarda 16 dərəcəyədək isti qeydə alınıb.
Burkina-Faso Prezidentinin CBC TV-yə müsahibəsi bu ölkənin mediasında geniş işıqlandırılıb – Video

Burkina-Faso Prezidenti İbrahim Traorenin CBC TV-yə verdiyi eksklüziv müsahibə bu ölkənin mediasında geniş işıqlandırılıb.
RTB dövlət teleradio şirkəti ölkə başçısının toxunduğu məsələlərdən süjetlər hazırlayıb və öz sosial platformalarında paylaşıb.
Yeri gəlmişkən, həmin paylaşımlar da böyük auditoriya tərəfindən izlənilib və İbrahim Traorenin səsləndirdiyi fikirlərə həmrəylik göstərənlər çox olub. Şərhlərdə istifadəçilər Fransanın postmüstəmləkə siyasətini pisləyib, Burkina-Fasonun müstəqil siyasət yürütməyinin vacibliyini vurğulayıblar.
“İmperializm təəssübkeşlərinə rəhm edilməlidir!”, “Fransa ilə əlaqələri tam kəsmək lazımdır!”, “Nəhayət ki ölkə öz qorxularını üstələdi”, – şərhlərdə bildirilir.
Qeyd edək ki, CBC TV-yə eksklüziv müsahibəsində İbrahim Traore ölkədə baş verən son hadisələrdən danışıb. Dövlət başçısı postmüstəmləkə asılılığından azad olunmağın, Burkina-Fasonun digər ölkələrdən təcrid olub-olmamasına, Fransanın ölkəsi ilə mövcud əlaqələrinin yaxşılaşdırılması üçün hansı addımlar atmalı olduğuna və digər məsələlərə aydınlıq gətirib.
Müsahibəni CBC TV-nin YouTube kanalından (https://youtu.be/IXWrhx63FSg?si=CuJ_FaV752dyYXWz linkinə keçid edərək) izləyə bilərsiniz.
“Radiodiffusion Tvision du Burkina” Qərbi Afrika Burkina Faso dövlətinin milli yayımçısıdır. “Radiodiffusion Television du Burkina”nın baş ofisi paytaxt Uaqaduquda yerləşir. RTB 12 oktyabr 1959-cu ildə yayımlanmağa başlayıb.
Avropa Komissiyasının rəhbərinin çıxışı zamanı corab toxudu – Video

Avropalı komissar İlva Yohansson Avropa Komissiyasının rəhbəri Ursula von der Leyenin çıxışı zamanı corab toxuması ilə gündəmə gəlib.
Bu barədə məlumatı Fransanın “Vətənpərvərlər” partiyasının rəhbəri Florian Filippo öz “X” hesabında paylaşıb.
Onun sözlərinə görə, Leyenin Avropa İttifaqındakı vəziyyət barədə Avropa parlamentindəki çıxışı o dərəcədə yorucu olub ki, onun komissarlarından biri o danışarkən toxumağa üstünlük verib: “Və bu yüksəkgəlirli şəxslər sizin taleyinizi həll edir! İnanılmazdır”, – deyə Filippo qeyd edib.
Qeyd edək ki, sentyabrın 11-dən 14-nə qədər Strasburqda Avropa parlamentinin plenar sessiyası keçirilib. Ursula von der Leyen isə Aİ-də vəziyyətlə bağlı illik hesabatla çıxış edib.
Həmçinin baxın
Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus radiolokasiya stansiyası məhv edilib – VİDEO
Baku TV: “Hər iki xalq sülh və harmoniya şəraitində birgə yaşaya bilər” – VİDEO
“Azərişıq” Xaçmazın daha yeddi kəndində yenidənqurma işlərini yekunlaşdırdı – Video
Azərbaycanın hərbi aviasiya vasitələri çətin pilotaj və döyüş manevrləri edib
“Azərişıq” Saray və Yaşmada köhnə, yararsız elektrik şəbəkələrini yeniləyir – VİDEO
Burkina-Faso Prezidentinin CBC TV-yə müsahibəsi bu ölkənin mediasında geniş işıqlandırılıb – Video
Ordumuz “İldırım 8-ER” ilə ballistik raketin aşkarlanaraq məhv edilməsini məşq etdi – VİDEO
MN: Azad edilmiş ərazilərdə döyüş növbətçiliyi və hərtərəfli təminat yüksək səviyyədədir – VİDEO
Bakıda çoxmərtəbəli yaşayış kompleksində təlim zamanı nöqsanlar aşkarlanıb – VİDEO
Abşeronda polis əməliyyat-profilaktiki tədbirlər keçirib, saxlanılanlar var – VİDEO
Makron Dünya Kubokunun açılış mərasimində fitə basıldı, təhqir edildi – VİDEO
Papa Silvestr Stallonenin “Boksla məşğulsan?” sualına belə cavab verdi – Video
Bizi Facebook-da izləyirsiniz?
Bağla