
Ermənistanın Rusiyaya ixracı Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəlki dövrlə müqayisədə 430% artıb.
Bu barədə Beynəlxalq Maliyyə İnstitutunun (IIF) baş iqtisadçısı, “Goldman Sachs”ın keçmiş baş valyuta strateqi və Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Robin Bruks sosial şəbəkədə yazıb.
Bundan əlavə, Ermənistanın Qazaxıstana ixracı 1 200%, Qırğızıstana 1 600%, Özbəkistana 250% və BƏƏ-yə 900% artıb.
İqtisadçı hesab edir ki, bütün bu mallar Rusiya Federasiyasına verilir.