
Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində ATƏT-in Baş katibi Helga Şmidlə görüşüb.
Bu barədə məlumatı C.Bayramov öz “X” hesabında paylaşıb.
Nazir paylaşımında qeyd edib ki, görüş zamanı Ermənistanın Azərbaycan-Ermənistan sülh və normallaşma prosesinə xələl gətirməmək üçün qıcıqlandırıcı ifadə və bəyanatlar verməkdən çəkinməli olduğunu vurğulayıb: “Biz, həmçinin regional və beynəlxalq hadisələr ətrafında da fikir mübadiləsi apardıq”.