Ermənilər tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı gedən hərbi əməliyyatlarda ard-arda məğlub olan Ermənistan hökuməti daha bir yüksək vəzifəli şəxsi istefaya göndərib. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Baş Qərargah rəisi Qaqik Tevosyan vəzifəsindən azad edilib.

Bu barədə Ermənistan MTX-nin mətbuat xidməti məlumat yayıb. Onun hansı səbəbdən istefaya göndərildiyi açıqlanmır. Tevosyanın yerinə Ermənistan MTX-nin Baş Qərargah komandirinin birinci müavini, polkovnik Arman Qasparyan təyin olunub.

Xatırladaq ki, bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat şöbəsinin rəisi, general-mayor Ovannes Karumyan, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları komandanı Vaqinak Sarkisyan tutduqları vəzifədən azad olunublar.