Vətən müharibəsi zamanı Ermənistan Əfqanıstan və Kosovadakı kontingentinin sayını azaldıb.

Bunu “RİA Novosti”yə müsahibəsində Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyan deyib.

O, Qarabağdakı döyüş əməliyyatları dövründə Əfqanıstandakı hərbçilərinin sayını 121-dən 58-ə, Kosovada isə 40-dan 2-ə endirildiyini vurğulayıb.