
Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində irəliləyiş yoxdur Bu açıqlama ilə Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan çıxış edib.
Erməni tərəfinin güzəştlərə getməsi barədə yayılan məlumatlara cavab verən Koçaryan deyib ki, bu haqda danışmaq olmaz, çünki bununla bağlı Azərbaycan tərəfinin analoji bəyanatları yoxdur.
“Bakıda güzəştlər haqda hər hansı bəyanata eşitməmişəm. Rəsmi Bakı bu barədə danışdığı zaman biz də qarşılıqlı kompromislər haqda danışacağıq. Danışıqlar prosesi barədə danışarkən erməni tərəfinin kompromislərə hazır olmasını bildirməsi başqa mövzudur. Hələ ki, Azərbaycan tərəfindən heç bir açıqlama yoxdur və onlar sərt mövqedə dayandıqca erməni tərəfinin güzəştlərindən danışmaq mənasızdır” – Koçaryan belə deyib.