Ermənistan Polis İdarəsinin rəisi Valeri Osipyan yaxın zamanlarda tutduğu vəzifədən azad ediləcək.

Bu barədə Ermənistanın “Past” qəzeti yazıb.

Hazırda V.Osipyanın istefaya göndərilməsi barədə ictimai tələb formalaşdırılması üzərində işlər aparılır.

Qəzet yazır ki, artıq respublikanın polis rəisi vəzifəsi uğrunda amansız mübarizə başlayıb.

Qeyd olunur ki, V.Osipian Baş nazir Nikol Paşinyanın təklifi ilə 2018-ci il mayın 10-da Ermənistan polisinin rəisi təyin edilib. Daha əvvəl o, Yerevan polis rəisinin müavini vəzifəsində işləyib və son illərdə bütün kütləvi nümayişlərdə hüquq-mühafizə orqanlarının işinə birbaşa nəzarət edib.

İstinadlar Report