Hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvü olan Alen Simonyan Ermənistan Parlamentinin spikeri seçilib.

Gizli səsvermə zamanı bütün millət vəkilləri yekdilliklə Simonyana səs verib. Səsvermədə müxalif deputatlar iştirak etməyib. Hətta etiraz əlaməti olaraq parlament binasını tərk ediblər.

Bu vəzifəyə namizəd olaraq çıxışı zamanı Simonyan qeyd edib ki, iqtidar və müxalifət düşmənçilikdən əl çəkməli və qarşılıqlı təhqirlərdən uzaqlaşmalıdır.

Qeyd edək ki, Alen Simonyan bundan əvvəl vitse-spiker olub.

İstinadlar Qafqazinfo