Ermənistan parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 15-20-də Nyu-Delhidə rəsmi səfərdə olacaq.
Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Nümayəndə heyətinə parlamentin elm, təhsil, mədəniyyət, diaspor, gənclər və idman üzrə daimi komissiyasının sədri Sisak Qabrielyan, deputatlar Aren Mkrtçyan və Lilit Stepanyan daxil olacaq.