Ermənistan parlamenti sədrinin müavini İşxan Saqatelyan tutduğu vəzifədən azad edilb.

Məlumatı “Aysor” yayıb.

Bildirilib ki, bununla bağlı gizli səsvermə keçirilib. 66 deputat onun vəzifədən getməsinin lehinə səs verib, əleyhinə səs verən ollmayıb.

Məlumata görə, İşxan Saqtelyan parlamentin iclaslarında müntəzəm iştirak etməyib, ali qanunverici orqanda iğtişaşlar, qarşıdurma yaradıb, cəmiyyətin müxtəlif təbəqlərinin nümayndələrini təhqir edib.

İstinadlar Report