Ermənistan parlamentinin keçmiş sədri Armen Xaçatryan 63 yaşında ölüb.

Bunu Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Anna Naqdalyan bildirib.

O, uzun sürən ağır xəstəlikdən vəfat edib.

Qeyd edək ki, A.Xaçatryan 1999-2003-cü illərdə Ermənistan parlamentinin sədri olub. O, 2010-cu ilədək Ukraynada səfir, 2010-2017-ci illərdə isə Belarusda diplomatik missiyanın rəhbəri vəzifəsində işləyib.

İstinadlar Report