Ermənistanın yeni parlamentinin ilk iclasında mübahisə yaranıb.

Mübahisənin səbəbi “Ermənistan” seçki blokunu təmsil edən iki millət vəkilinin Mxitar Zakaryan və Artur Sarkisyanın hazırda həbsdə olması olub.

Blok nümayəndələri bildiriblər ki, iki millət vəkili həbsdə olduğundan parlament yeni rəhbərlik seçə bilməz. Bununla yanaşı, qanunverici orqanın qərarı olmadan millət vəkillərinə qarşı həbs yolverilməzdir.

Seçilmiş millət vəkillərinin iştirakını təmin etməklə bağlı çağırışa “Şərəfim var” bloku da qoşulub. Parlamentdə tam üstünlük qazanmış “Vətəndaş razılaşması” partiyasının nümayəndəsi Vladimir Vardanyan deyib ki, millət vəkillərinin həbsinə dair qərar mandat əldə etməzdən əvvəl verilib və məsələ bu vəziyyətə aid deyil.

Bunun ardınca, deputatlar qarşılıqlı öz iradlarını bildirməyə başlayıblar. İclası idarə edən Knyaz Həsənov bir neçə dəfə iclası davam etdirməyə cəhd etsə də, onun cəhdləri uğursuz olub. Müxalifət nümayəndələri buna cavab olaraq əllərini masalara vurmağa başlayıb. 

Son olaraq “Ermənistan” seçki bloku 20 dəqiqəlik fasilə tələb edib və K. Həsənov bununla razılaşıb. 

Xatırladaq ki, Mehri və Sisian icmalarının sabiq rəhbərləri Mxitar Zakaryan və Artur Sarkisyan dövlət vəsaitlərinin mənimsənilməsində və vəzifə səlahyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinirlər.

İstinadlar Qafqazinfo