Ermənistan parlamentinin binası qarşısında etiraz aksiyası keçirilib.

Məlumatı “Novosti Armeniya” yayıb.

Aksiya iştirakçıları Qaqik Cangiryan və Armen Xaçaturyaının Ali Məhkəmə Şurasına üzv seçilmələrinə etiraz ediblər.

Onların namizədliyini hakim “Mənim addımım” parlament fraksiyası irəli sürüb.

Armen Xaçaturyan Ermənistan Xüsusi İstintaq Xidmətinin rəisi Sasus Xaçaturyanın qardaşıdır.

İstinadlar Report