Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik üzrə Daimi Komissiyasının bu gün keçirilən növbədənkənar iclasında maraqlı hadisə yaşanıb.

Bu barədə məlumatı “Aysor-am” yayıb.

Məlumata görə, iclasın əsas mövzusu komissiya sədrinə müavinin seçilməsi olub. Lakin bununla yanaşı, “Ermənistan” fraksiyasından olan millət vəkili Artur Kazinyan iclasın gündəliyinə daha bir məsələnin, yəni Ermənistanın cənub-şərq sərhədində vəziyyəti və səbəb-nəticə əlaqələrini araşdırmaq və qısa hesabat təqdim etməklə məşğul olacaq işçi qrupunun yaradılması məsələsinin daxil edilməsini təklif edib.

Komissiyanın sədri Andranik Koçaryan isə öz növbəsində bildirib ki, işçi qrupu gələn həftə yaradılacaq. O qeyd edib ki, komissiyanın üzvü Armen Xaçatryan bu işlərin təşkili üçün hazırda Zəngəzurdadır.

“Yəqin ki, Sünikdə, cənab Koçaryan. Zəngəzur yox, Sünik”, – deyə Artur Kazinyan Koçaryana öz iradını bildirib.

İstinadlar Qafqazinfo