
Ermənistan parlamentində “Vətəndaş müqaviləsi” fraksiyasının deputatları ilə müxalif “Ermənistan” blokunun nümayəndələri arasında dava düşüb.
Dava deputatlar Geqam Manukyan və Vae Qaluumyan arasında baş verib.
Mübahisə “Ermənistan” fraksiyasının qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin təqdim edilməsi ilə bağlı bəyanatından sonra başlayıb.