Ermənistan parlamenti sədirinin keçmiş müavini Arpina Ovannisyan keçmiş hakim Respublikaçılar Partiyasında fəaliyyətini dayandırıb.

O, bu barədə özünün “facebook” səhifəsində yazıb.

“16 il dövlət xidmətindən sonra 2018-ci ildə keçirilən parlament seçkiləri yeni fəaliyyət istiqaməti barədə fikirləşməyimə səbəb oldu”, – o yazıb.

Keçmiş vitse-spiker bundan sonra vəkillik fəaliyyəti ilə məşğul olacağını bildirib.

Otuz beş yaşlı Arpina Ovannisyan hüquqşünasdır. 2015-ci ilin sentyabrından 2017-ci ilin mayınadək ədliyyə naziri işləyib. 2012-2015-ci illərdə Serj Sarqsyanın başçılıq etdiyi Respblikaçılar Partiyasından deputat olub. 2017-2018-ci illərdə parlament sədrinin müavini vəzifəsini tutub.

İstinadlar Report