Ermənistan parlamenti 2016-cı ilin aprelində Dağlıq Qarabağda baş vermiş eskalasiyanın araşdırılması ilə məşğul olan komissiyanın məruzəsini bağlı qapılar arxasında müzakirə edəcək.

Bu barədə təklif çərşənbə axşamı parlamentin plenar iclasında irəli sürülüb. Bunun lehinə 71 deputat səs verib, 1 nəfər bitərəf qalıb.

2016-cı il martın ortalarından etibarən ermənilər keçmiş təmas xəttində atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə ermənilər aprel ayının 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar olub. Bu hadisələr nəticəsində Azərbaycan Ordusu şəhid verib, həmçinin mülki əhali arasında ölən və yaralananlar olub.

İstinadlar Report