Ermənistan parlamenti gələn həftə ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı qeyri-parlament qüvvələrinin təşəbbüsünü müzakirə edəcək.

Müzakirədə “Respublika”, “Respublika naminə” partiyaları və Ermənistan Avropa Partiyasının rəhbərləri Aram Sarkisyan, Arman Babacanyan və Tiqran Xzmalyan iştirak edəcəklər.

T.Xzmalyan onun təşəbbüsünün parlament tərəfindən təsdiqlənəcəyinə əminliyini ifadə edib.

“Ermənistan hökuməti 3-4 ay ərzində başa düşdü ki, Aİ-yə alternativ yoxdur”, – o bildirib.

İstinadlar Report