Ermənistanda İrəvan-Yerasx avtomobil yolunun 51-ci kilometrliyində, Ararat inzibati rayonu ərazisində avtomobilin ağaca çarpılması nəticəsində 35 yaşlı hərbçi Arsen Mirozyan ölüb.

Məlumatı “Shamshyan” saytı yayıb.

Məlumata görə, qəza iyulun 24-də baş verib.

Bildirilib ki, sürücü Arsen Mirzoyan Ermənistan Müdafiə Nazirliyi N saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmət edir.

İstinadlar Report