Ermənistan ordusunun generalı Samvel Karapetyana qarşı ittiham irəli sürülüb.

Məlumata görə, cinayət təqibinə səbəb mayın 10-da baş vermiş atışma olub. Karapetyana qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb, lakin həbs-qətimkan tədbiri kimi yaşadığı yeri tərk etməmək qadağası seçilib.

İstintaq çərçivəsində axtarışlar aparılıb və ekspertiza təyin edilib.

İstinadlar Report