Ermənistan ordusunun daha bir əsgəri öldü

Ermənistanda odlu silahla açılan atəş nəticəsində daha bir müqaviləli hərbi qulluqçu dünyasını dəyişib.

Məlumatı Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan “Facebook” səhifəsində yayıb: “Dərin kədər hissi ilə bildirirəm ki, bu gün Ermənistan Silahlı Qüvvələrinin hərbi hissələrindən birində döyüş zonasında müqaviləli hərbi qulluqçu, 1985-ci il təvəllüdlü Mesrop Qriqoryan odlu silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Fakt araşdırılır”.

Bundan əvvəl daha bir müqaviləli hərbi qulluqçu Edqar Qriqoryan odlu silahdan açılan atəşlə öldürülmüşdü. Hərbçinin ölümü əvvəlcə gizlədilsə də, Artsrun Ovannisyan daha sonra faktı təsdiq etməli olmuşdu.

İstinadlar Qafqazinfo

Ermənistan ordusunun daha bir əsgəri öldü

Ermənistan ordusunun əsgəri dəm qazı zəhərlənməsindən ölüb.

Hadisə bu gün hərbi hissələrdən birində baş verib. 20 yaşlı Qareqin Arqamyanın ölümü ilə bağlı araşdırma aparılır.

İstinadlar "Qafqazinfo"