Ermənistan Silahlı Qüvvələrinin bir qrup hərbçisi Sisian rayonunda dağ uçqununa düşüb.

Bunu ölkənin Müdafiə Nazirliyi mətbuat xidmətinin katibi Artsurun Ovanisyan bildirib.

Onun sözlərinə görə, uçqun altında qalan hərbçilər ərazidən çıxarılıb, onların vəziyyəti normaldır. Hərbçilərdən biri tapılmayıb. Ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir.

Uçqun altında qalan hərbçilərin sayı məlum deyil.

İstinadlar Report