Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı növbəti dəfə ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.

Bəyanatın heç kimin təzyiqi altında yazılmadığı vurğulanıb.

“Baş Qərargahın fevralın 25-dəki ilk bəyanatı heç kəs tərəfindən yönləndirilməyib və heç kəsin təzyiqi altında yazılmayıb. Bu, məqsədi belə məsuliyyətli vaxtda Vətənin qurtuluşuna xidmət etmək olan genereal-zabitlərin qəti fikri və mövqeyidir. Növbəti dəfə öz açıq mövqeyimizi təsdiqləyirik”, – Baş Qərargahdan bildirilib.

İstinadlar Report