Ermənistan müxalifətinin yaratdığı “Vətənin xilası uğrunda hərəkatı”nın nümayəndələri dövlət başçısının təşəbbüsü ilə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə baş nazir Nikol Paşinyanın fərmanını müzakirə etmək üçün Ermənistan prezidenti Armen Sarkisyanla növbəti görüş keçirəcəklər.

Bunu müxalifətin rəsmi nümayəndəsi İşhan Saqatelyan bildirib.

Qeyd edək ki, Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə baş nazir Nikol Paşinyanın təqdimatı ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.