Ermənistanın Tavuş rayonu ərazisində baş verən yol-nəqliyyart hadisəsi nəticəsində Müdafiə Nazirliyinin bir əməkdaşı ölüb, biri yaralanıb.

Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Hadisə iyunun 2-də günorta saatlarında qeydə alınıb. Belə ki, “UAZ” markalı avtomobil naməlum səbəbdən ağaca çarpılıb.

Qəzaya düşənlər Ermənistan Müdafiə Nazirliyinin balansında olan “Dağlıq Ermənistan” istirahət evinin əməkdaşlardır.

İstinadlar Report