“Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan Ordusunun hərbi qulluqçusunun sərhədi mümkün keçməsi ilə bağlı məlumata sahib deyil”.

Bu barədə məlumatı Ermənistan MTX yayıb. 

Qeyd olunub ki, məsələ ilə bağlı hər hansı yeni məlumat olduqda ictimaiyyətə bildiriləcək.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb. Daha sonra erməni mediası əsgərimizin Naxçıvan istiqamətindən Ermənistan ərazisinə keçdiyini iddia edib.

İstinadlar Qafqazinfo