Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasda ölkənin Avropa İttifaqına qoşulması prosesinin başlanması ilə əlaqədar vətəndaş təşəbbüsü tərəfindən təqdim edilmiş imzaların etibarlılığını təsdiq edib.
Komissiya texniki və proqram vasitələrindən istifadə edərək imzaların həqiqiliyini yoxlayıb, o cümlədən imzalanmış blanklardakı məlumatları dövlət orqanları və yerli özünüidarəetmə orqanlarının sərəncamında olan məlumatlarla müqayisə edib. Prosesi təşəbbüs qrupunun nümayəndələri izləyib. Etibarlı imzaların sayı 52 351 olub.