Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində baş verən atışmalar nəticəsində üç erməni hərbçisi yaralanıb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan açıqlama verib. O hərbçilərin qəlpə yarası aldığını bildirib.

Qeyd edək ki, daha əvvəl Ermənistanın Müdafiə Nazirliyi atışmalar nəticəsinə cəbhə xətti yaxınlığında iki polisin yaralandığını açıqlamışdı.