Ermənistan prezidenti Armen Sarkisian Milli Təhlükəsizlik Xidməti və Polisi rəhbərliyinə müvəqqəti təyinat edib.

Sərəncamla Eduard Martirosyan MTX-nin, Arman Sarkisyan isə Polisin müvəqqəti rəhbəri təyin olunub.

Xatırladaq ki, bundan əvvəl baş nazir Nikol Paşinyanın təklifi əsasında ölkə prezidenti MTX direktoru Artur Vanesyanı və Polisin rəhbəri Valeri Osipyanı istefaya göndərmişdi.